Qazaxda üç maşın toqquşub, ər-arvad xəsarət alıb

Qazaxda üç maşın toqquşub, ər-arvad xəsarət alıb
# 20 iyul 2017 14:25 (UTC +04:00)

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhərində “QAZ-24”, “VAZ-21099” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “QAZ-24” də olan 1965-ci il təvəllüdlü Alıyev Rafiq və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Vəliyeva Xatirə müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Kişinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR