Gəncədə 81 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb

Gəncədə 81 yaşlı kişi damdan yıxılaraq xəsarət alıb
# 15 oktyabr 2017 15:53 (UTC +04:00)

Gəncədə 81 yaşlı kişi evin damından yıxılıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1936-cı il təvəllüdlü Məmmədov Kamil Rza oğlu bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

K. Məmmədova tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 81 yaşlı kişi yağış yağan zaman evin damına çıxaraq oradan qonşunun divarına su axmasının qarşısını almaq istəyərkən yerə yıxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR