Sumqayıtda torpağa basdırılmış silah tapılıb

Sumqayıtda torpağa basdırılmış silah tapılıb
# 16 mart 2018 10:04 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin əməliyyat aparatının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Makarov” tipli PM markalı tapança aşkarlanıb və götürülüb.

Xidmətdən APA-ya bildirilib ki, fakt üzrə Sumqayıt şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR