Mey və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər

Mey və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər
# 14 aprel 2018 01:39 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı tərəflər Dumada iddia edilən kimyəvi hücumla bağlı fikir mübadiləsi apararaq cavab tədbirləri üzərində işlərin davam etdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, ötən gün Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR