Sinay yarımadasında silahlılar iki nəzarət-keçid məntəqəsinə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB

Sinay yarımadasında silahlılar iki nəzarət-keçid məntəqəsinə hücum edib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 15 oktyabr 2017 23:08 (UTC +04:00)

Misir hərbçiləri Sinay yarımadasının şimalında 24 silahlını məhv ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi bəyan edib. Onun sözlərinə görə, terrorçularda qarşıdurmada 6 hərbçi həlak olub.

Ötən axşam Misirin Sinay yarımadasında naməlum silahlılar iki nəzarət-keçid məntəqəsinə hücum edib. Bölgədə antiterror əməliyyatının davam etdiyi bildirilir.

***

22:15

Misirin Sinay yarımadasında naməlum silahlılar iki nəzarət-keçid məntəqəsinə hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Karad əl-Kavadis yaşayış məntəqəsi yaxınlığında törədilən hücum nəticəsində ölən və yaralananlar var.

Hazırda Misirin təhlükəsizlik qüvvələri tərəfindən ərazidə xüsusi əməliyyat keçirilir. Oktyabrın 13-də əl-Əriş şəhərində silahlıların hücumu nəticəsində 6 Misir hərbçisi həlak olub, bir neçəsi yaralanıb.

Qeyd edək ki, Misir ordusu üç ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR