Xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb

Xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb
# 02 oktyabr 2017 09:16 (UTC +04:00)

Azərbaycanda xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Səfərovdan 2 kiloqram 412,51 qram marixuana, Yevlax Rayon Polis Şöbəsi əməkdaşları Yuxarı Qarxun kənd sakini Emin Salahovdan 436,12 qram marixuana, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları şəhər sakini Həmid Sadıqovdan 0,701 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 475 qram tiryək, aşkar edərək götürüblər.

Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Yalama dəmir yolu stansiyasının ərazisində, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Balamirzə Musayevdən 20,814 qram marixuana, Seyidli kəndi ərazisindəki sahədən isə kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu, Qazax Rayon Polis Şöbəsi əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevin Xanlıqlar kəndi ərazisində gözətçi işlədiyi və yaşadığı kafedəki otağına baxış zamanı oradan 2 kiloqram 503 qram marixuana, habelə Ağstafa çayının sahilində kultivasiya yolu ilə yetişdirdiyi 14 ədəd çətənə kolu, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları Xoylu kənd sakini Seyrəddin Əliyevin evinə baxış zamanı 87 ədəd çətənə kolu aşkar edərək götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR