Göygöldə iki azyaşlı uşaq dəm qazından zəhərlənərək ölüb - YENİLƏNİB

Göygöldə iki azyaşlı uşaq dəm qazından zəhərlənərək ölüb - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2016 18:30 (UTC +04:00)

Göygöl. Azər Məmmədli-APA. Göygöldə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1990-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR