Mərkəz direktoru: “Mingəçevirdə xəstəxanaya çatdırılan uşaqlarda zəhərlənmə əlamətləri olmayıb” - YENİLƏNİB

Mərkəz direktoru: “Mingəçevirdə xəstəxanaya çatdırılan uşaqlarda zəhərlənmə əlamətləri olmayıb” - <span style="color: red;">YENİLƏNİB
# 08 noyabr 2016 06:57 (UTC +04:00)

“Mingəçevirdə zəhərləndikləri bildirilən iki azyaşlı xəstəxanaya qrip əlamətləri ilə daxil olub”.

Bunu APA-ya Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev deyib. Mərkəz direktoru əlavə edib ki, həmin uşaqlarda zəhərlənmə əlamətləri olmayıb: “Hazırda ölkədə qrip virusu yayılıb. Həmin uşaqlar da yüksək temperatur və qusma şikayətləri ilə xəstəxanaya çatdırılıb. Zəhərlənmə hadisəsi qeydə alınanda xəstəxana dərhal mərkəzə xəbər verir. Mərkəz araşdırmadan sonra zəhərlənmə faktının olub-olmadığını bildirir. Biz bu hadisənin zəhərlənmə faktı olduğunu təsdiqləməmişik. Yəni, uşaqlarda qida zəhərlənməsi olmayıb”.

***

7 noyabr saat 17:22

Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Yaşar Muradov küçəsindəki 27 nömrəli mənzildə qeydə alınıb. Ev sahibi 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları, 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və qusma əlamətləri ilə təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır. Uşaqlar hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR