Sorğu: Аmerikalılar KİV-dən çox Trampa inanır

Sorğu: Аmerikalılar KİV-dən çox Trampa inanır
# 18 fevral 2017 04:15 (UTC +04:00)

Amerikalıların 45%-i prezident Donald Trampa, 42%-i isə kütləvi informasiya vasitələrinə daha çox etimad edir.

APA-nın xəbərinə görə, bu, “Fox News” telekanalının keçirdiyi rəy sorğusundan sonra məlum olub.

Məlumata əsasən, respondentlərin 10%-i hər iki tərəfə inanmadığını bildirib.

Rəyi soruşulanların 68%-i hesab edir ki, KİV-lər sabiq prezident Barak Obama ilə müqayisədə Trampa qarşı daha sərt davranırlar. Fevralın 11-13-də keçirilən sorğuda 1013 nəfər iştirak edib.

Qeyd edək ki, bu gün rezident D.Tramp özünün “Tvitter” hesabında bir sıra ABŞ KİV-lərini "xalq düşməni" adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR