İdlibdə "Təhrir Şam"ın 5 komandiri zərərsizləşdirilib

İdlibdə "Təhrir Şam"ın 5  komandiri zərərsizləşdirilib
# 27 sentyabr 2017 08:36 (UTC +04:00)

Suriyanın İdlib vilayətində sentyabrın 18-də Rusiya hərbi polisinə hücuma rəhbərlik etmiş "Heyət Təhrir Şam" (keçmiş "Cəbhat ən-Nüsra") terror təşkilatının 5 səhra komandiri zərərsizləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Onların yerinin müəyyənləşdirilməsi üçün çoxsəviyyəli kəşfiyyat sistemindən istifadə dilib. Terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib. Nəticədə səhra komandirləri Əbu Salman Əs-Saudi, Əbu əl-Abbas Anadin, Əbu Həsən, Valid əl-Mustafa, Əbu Mücaid öldürülüb. Əməliyyat zamanı daha 32 döyüşçü və 6 avtomobil məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR