ARDNF və SOCAR-ın müştərək müəssisəsi auditor axtarır

ARDNF və SOCAR-ın müştərək müəssisəsi auditor axtarır
# 17 noyabr 2017 05:57 (UTC +04:00)

"Azerbaijan Rigs" MMC 2017-ci ilin maliyyə hesabatlarının və MVB auditinin həyata keçirilməsi üçün xidmətlərin satınalınması məqsədilə xidmət təklifləri sorğusu elan edir.


"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, maraqlanan təşkilatlar iştirak etmək barədə müraciətlərini 2017-ci il noyabrın 25-dək Bakı, Nizami küçəsi 1/3 ("Nizami Plaza" 10-cu mərtəbə) nömrəli ünvana göndərməlidirlər.


Azərbaycanda davam edən sürətli iqtisadi inkişaf və neft-qaz sənayesində həyata keçirilən yeni layihələrlə bağlı müasir qazma qurğularına yaranmış tələbatı nəzərə alaraq, SOCAR-a məxsus "Casppian Driling Company Ltd." MMC və "Keppel Offshore & Marine Ltd." şirkətləri arasında Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üçün 4 iyun 2013-cü il tarixində müvafiq müqavilələr imzalanıb.


Layihənin iqtisadi əhəmiyyətini nəzərə alaraq, onun maliyyələşdirilməsi SOCAR-a və Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) tapşırılıb, müvafiq olaraq onlar bu məqsəd üçün yaradılmış "Azerbaijan Rigs" MMC şirkətinin təsisçiləri olublar. Hər iki təsisçinin dəstəyi ilə və dövlət vəsaiti hesabına həyata keçirilən layihənin maliyyə səmərəliliyini təmin etmək "Azerbaijan Rigs" MMC-nin əsas vəzifələrindən biri kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR