Makron: "Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığına dair sübutlar var"

Makron: "Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığına dair sübutlar var"
# 12 aprel 2018 13:24 (UTC +04:00)

"Suriya ilə bağlı reaksiyamızı seçdiyimiz zaman verəcəyik".

APA-nın AFP nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığını və bunun sübutlarının olduğunu söyləyib. Fransa prezidenti görəcəyi tədbirlərə dair qərarı bütün məlumatlar təsdiqini tapandan sonra verəcəyini bildirib. E. Makron deyib ki, Suriya hökuməti bu hadisəyə görə məsuliyyət daşımalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR