"İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsin məhkəməsi təxirə salınıb

"İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsin məhkəməsi təxirə salınıb
# 26 oktyabr 2017 10:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda şahidlərin gəlmədiyi məlun olub.

Zərərçəkmiş şəxsin vəkili bildirib ki, müdafiə tərəfinin təhqirlərinə görə, zərərçəkmiş şəxsin nümayəndəsinin səhhəti pisləşib. O, bununla bağlı həkim rəyini məhkəməyə təqdim edib.

Məhkəmə iclası noyabrın 2-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR