Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirləri arasında görüş başlayıb

Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirləri arasında görüş başlayıb
# 28 oktyabr 2016 11:45 (UTC +04:00)

Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirləri Sergey Lavrov, Valid Müallim və Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Suriyadakı hərbi-siyasi vəziyyət və humanitar durum müzakirə olunur. Bundan başqa, nazirlər İraqdakı vəziyyəti və eləcə də terrorçuluğa qarşı mübarizədə birgə səyləri müzakirə edəcəklər.

Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR