Ziya Məmmədovun sabiq müşavirinin qızıllarını mənimsəmədə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Ziya Məmmədovun sabiq müşavirinin qızıllarını mənimsəmədə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb
# 04 aprel 2017 10:00 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R. Əhmədovun müdafiəsinə daha bir vəkil - Ülkər Bayramovanın qoşulduğu elan olunub.

Hakim qeyd edib ki, prosesdə bütün şahid və zərərçəkmişlər dindirilib. Buna görə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.

Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR