Saxta pul hazırlayan şəxsin şikayəti təmin edilməyib

Saxta pul hazırlayan şəxsin şikayəti təmin edilməyib
# 01 mart 2017 18:56 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində saxta pul hazırlamaqda təqsirləndirilən Nicat İsmayılovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

N. İsmaylov külli miqdarda saxta ABŞ dolları hazırlamaqda təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 204.1 (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR