Beynəlxalq reytinqə malik yeganə sığorta şirkəti olan “Azsığorta” 10 illiyini qeyd edir

Beynəlxalq reytinqə malik yeganə sığorta şirkəti olan “Azsığorta” 10 illiyini qeyd edir
# 25 noyabr 2016 08:05 (UTC +04:00)

Fəaliyyətə 2006-cı ildə başlayan, “Azsığorta” şirkəti bu gün 10 illik yubileyini qeyd edir.

APA-Economics” xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri Anar Talıbov bildirib ki, Azərbaycan sığorta bazarı üçün 10 il az zaman deyil.

“Biz böyük bir yol keçmişik və bu gün ölkənin aparıcı sığorta şirkətlərindən biriyik. Düşünürəm ki, ən vacib nailiyyətlərimizdən biri – keçən il Fitch tərəfindən bizə təyin edilən “B+” reytinqdir – biz, beynəlxalq reytinqə malik ölkənin yeganə universal sığorta şirkətiyik. Bu nəinki şirkət tarixində mühüm bir hadisədir, bu ümumi ölkənin sığorta bazarı üçün böyük bir uğurdur. Digər nailiyyətimiz – FIAR-2014 Beynəlxalq sığorta və təkrarsığorta forumunda, qeyri-həyat sığortası sahəsində ölkənin ən gəlirli şirkəti nominasiyasında bizə təqdim edilən mükafatdır” deyə A. Talıbov vurğulayıb.

A.Talıbov bildirib ki, “Azsığorta” regionlarda təmsil olunma baxımından liderliyini qoruyub saxlayır: “ Azərbaycanda 7 filialımız və demək olar ki, respublikanın hər bir nöqtəsində nümayəndələrimiz var. Bu, bizi sözdə yox, əməldə müştərilərə daha yaxın olmaqda kömək edir. Məsələn, keçən ilin sonunda Şəkidə, bu ilin əvvəlində isə İmişli zonasında baş verən zəlzələlər zamanı, biz hər iki halda yerlərdə operativ qərargah salmışdıq. Bunun sahəsində biz qısa zaman ərzində insanların müraciətlərini qəbul edərək, zərərləri qiymətləndirib, sığorta ödənişlərinin ödənilməsini təmin etdik. Digər tərəfdən, geniş xidmət şəbəkəsi bizi ölkənin ən böyük işçi sayına malik olan sığorta şirkəti edir – bu günə şirkətdə 500-dən çox əməkdaş çalışır, 10 il əvvəl isə şirkətin cəmi 11 əməkdaşı var idi”.

Onun sözlərinə görə, şirkət əhalidə sığorta mədəniyyətinin formalaşdırılması işinə böyük töhfə verib: “Bunun bariz nümunəsi “Mobil Sığortaçı” layihəsidir. Ölkədə, sığortanı müştərilərin qapısına gətirən ilk dəfə biz olduq və tezliklə məşhur olan “Zəng edin, gələk!” şuarı bütün sığorta bazarına təsir etdi – çatdırma sığorta şirkətlərində adi xidmətə çevrildi. Sosial təşəbbüs baxımından, Sığorta Məktəbinin fəaliyyətini qeyd etmək lazımdır. Növbəti ildə bu istiqaməti daha da inkişaf etdirmək planlarımız var. Məqsədimiz gənc nəslə sığorta sahəsində karyera qurmaqda real imkanlar yaratmaqdır. Qeyd etmək istəyirəm ki, bu gün bir çox sahələrlə yanaşı, sığorta bazarının da çətin dövr yaşamasına baxmayaraq, dövlət rəhbərliyi tərəfindən iqtisadiyyatın gücləndirilməsi və sağlamlaşdırılması istiqamətində atılan ardıcıl addımlar, irəlidə bizi hələ çox nailiyyətlər gözlədiyinə inanmağa əsas verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR