Ekvador sahillərində 6,1 maqnitudalı zəlzələ olub

Ekvador sahillərində 6,1 maqnitudalı zəlzələ olub
# 03 dekabr 2017 13:17 (UTC +04:00)

Bu gün Ekvador sahillərində zəlzələ olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 11.19 radələrində Baiya de Karakes şəhərindən 33 km şimal-şərqdə 6,1 maqnitudalı zəlzələ baş verib.

Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR