Estoniyada bir ailənin 5 üzvü yanaraq ölüb

Estoniyada bir ailənin 5 üzvü yanaraq ölüb
# 11 dekabr 2019 10:45 (UTC +04:00)

Estoniyada ölümlə nəticələnən yanğın baş verib.

APA-nın “Sputnik Estoniya” portalına istinadən verdiyi xəbərə görə, yanğın Estoniyanın cənubunda, Tartu şəhərinin İhaste rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzildə ata, ana və onların 3 övladının meyitləri aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının başvermə səbəblərini araşdırırlar.

Qeyd edək ki, bu il Estoniyada baş vermiş yanğınlarda 69 nəfər ölüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR