BŞTİ: Bayıl sakinlərinin məktəbə yerləşdirilməsi tədris prosesinə təsir göstərməyib

BŞTİ: Bayıl sakinlərinin məktəbə yerləşdirilməsi tədris prosesinə təsir göstərməyib
# 26 yanvar 2018 14:24 (UTC +04:00)

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri yanvarın 24-də Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 73 nəfərdən 32-si qadın, 25-i kişi, 16-sı uşaqdır.

Qeyd olunub ki, BŞTİ-nin, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin nümayəndələri, bələdiyyənin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, Təcili Tibbi Yardım Xidmətinin işçiləri və 163 nömrəli tam orta məktəbin rəhbər, pedaqoji və texniki heyəti yerləşdirmə prosesində fəal iştirak ediblər: “Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilib. Sakinlərin müvəqqəti olaraq 163 nömrəli tam orta məktəbdə yerləşdirilməsi tədris prosesinə elə bir ciddi təsir göstərməyib. Məlum olduğu kimi, 27 yanvar – 31 yanvar ümumi təhsil məktəblərində qış tətilidir”.

Qeyd edək ki, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR