ABŞ və Əfqanıstan yeni antiterror strategiyasının icrasına dair razılığa gəliblər

ABŞ və Əfqanıstan yeni antiterror strategiyasının icrasına dair razılığa gəliblər
# 22 sentyabr 2017 04:41 (UTC +04:00)

ABŞ və Əfqanıstan prezidentləri Donald Tramp və Əşrəf Qani ABŞ-ın regiondakı yeni antiterror strategiyasının icrasına dair razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp və prezident Qani ABŞ-ın Cənubi Asiyada terrorla mübarizəyə dair yeni strategiyasını tam şəkildə icra etməyə, habelə Amerika və Əfqanıstan xalqlarının təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər”, - deyə sənəddə qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR