Şirvanda Kür çayında batan iki nəfər xilas edilib

Şirvanda Kür çayında batan iki nəfər xilas edilib
# 29 iyul 2017 18:05 (UTC +04:00)

Şirvanda Kür çayında batan iki nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR