Bakıda altı nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bakıda altı nəfərə qarşı dələduzluq edən şəxs tutulub
# 14 yanvar 2017 08:53 (UTC +04:00)

Bakıda 6 nəfərə qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR