"Səbail"in ukraynalı qapıçısı: “Vəziyyət yaxşı deyil”

"Səbail"in ukraynalı qapıçısı: “Vəziyyət yaxşı deyil”
# 01 dekabr 2019 17:42 (UTC +04:00)

“Komandada hamı başa düşür ki, hansı vəziyyətdəyik. Ona görə də meydana çıxırıq, mübarizə aparırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Bakının “Səbail” klubunun futbolçusu Aleksandr Rıbka deyib.

Ukraynalı qapıçı Azərbaycan Premyer Liqasının XIII turunun “Neftçi” ilə ev oyunundan sonra fikirlərini açıqlayıb. O, 9 matçdır qalib gəlməyən komandasının uğursuzluq zolağından çıxmaq üçün əlindən gələni etdiyini bildirib: “Xal qazanmaq üçün mümkün olan hər şeyi edirik. Bugünkü görüş də bunu göstərdi. Hər qarşılaşmada bütün qüvvəmizi meydanda qoyuruq. Qalır bunun nə dərəcədə alınması. Bütün futbolçular bu durumdan narahatdır. Başa düşürük ki, vəziyyət yaxşı deyil. Hamı çalışır, məşqlərdə əlindən gələni edir. Ola bilər ki, nəyisə dəyişəcəyik. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

A.Rıbka “Səbail”ə qələbə qazandıra biləcək penaltinin qaçırılmasını bəxtlə əlaqələndirib: “Komandada problem olub-olmaması haqda danışmaq istəmirəm. Matç barədə dedim ki, hamı oyunda çox çalışdı. Komanda yoldaşlarımı təbrik edirəm. Qazanılan bu xal bizim üçün çox vacib idi. Bu futboldur. Hər şey olur. Bəzən bəxt gətirir, bəzən isə yox. Qorxulu bir şey yoxdur. Başımız dik tutub bu vəziyyətdən çıxacağıq”.

Qeyd edək ki, ötən mövsümün bürünc mükafatçısı olan “Səbail” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR