Müəmmər Qəddafinin oğlu prezidentliyə namizədliyini irəli sürüb

Müəmmər Qəddafinin oğlu prezidentliyə namizədliyini irəli sürüb
# 19 mart 2018 23:29 (UTC +04:00)

Sabiq Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam prezidentliyə namizədliyini irəli sürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tunisin paytaxtında onun nümayəndəsi Ayman Buras bəyan edib.

Bundan əvvəl Liviya Milli Barışıq Hökumətinin XİN rəhbəri Tahir Siyala bildirib ki, bu ilin ortalarında ölkədə prezident seçkiləri keçirilə bilər.

Seyf əl-İslam Qəddafi Liviya parlamentinin qəbul etdiyi ümummilli amnistiya qərarı əsasında ötən ilin iyununda azadlığa buraxılıb. Hazırda onun harada olduğu məlum deyil.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faez Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR