Dünyanın məşhur onlayn ticarət şirkəti Türkiyədə nümayəndəlik açır

Dünyanın məşhur onlayn ticarət şirkəti Türkiyədə nümayəndəlik açır
# 06 mart 2018 07:15 (UTC +04:00)

Dünyanın ən böyük onlayn ticarət şirkəti “Amazon.com” Türkiyədə nümayəndəlik açacaq.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq şirkətin fəaliyyət göstərməsi üçün İstanbulda 5000 kvadratmetrlik yer axtardığı da bildirilir.

“Amazon.com” mart ayının sonundan test satışlarına başlayacaq. Türkiyəyə səfəri gözlənilən “Amazon” şirkətinin İdarə Heyətinin üzvlərinin bazara daxil olmaqla bağlı rəsmi açıqlama verəcəkləri və iri şirkət rəhbərləri ilə görüşlər keçirəcəyi gözlənilir. Həmçinin, şirkətin bu ay rəsmi fəaliyyətə başlaması da gözlənilir.

Bundan başqa, “Amazon” şirkətini ən gec bu ilin sonunda fəaliyyətə başlayacağı əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR