Saakaşvili Ukrayna Ali Radasının qarşısındakı çadırlardan birində məskunlaşıb

Saakaşvili Ukrayna Ali Radasının qarşısındakı çadırlardan birində məskunlaşıb
# 24 oktyabr 2017 20:51 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M. Saakaşvili bundan əvvəl Ukrayna parlamentinin qarşısındakı etirazçılara qoşulmaq niyyətində olduğunu açıqlayıb. O müxalif siyasətçiləri də ona qoşulmağa çağırıb.

Məlumata görə, M.Saakaşvilinin çadırı Mariinski parkında quraşdırılıb. Çadırın qarşısında bir neçə mühafizəçinin keşik çəkdiyi bildirilir.

Xatırladaq ki, Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında keçən həftə aksiya keçirməyə başlayıb.

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda ölkədə antikorrupsiya məhkəmələri yaratmağı tələb ediblər.

Ali Rada bir neçə gün əvvəl etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb.

Bundan sonra etirazların təşkilatçıları aksiyanı yalnız Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyinin davam etdirəcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR