"Toyota" 820 min avtomobili geri çağırıb

"Toyota" 820 min avtomobili geri çağırıb
# 28 oktyabr 2016 14:08 (UTC +04:00)

"Toyota" 819 min 598 avtomobili təhlükəsizlik yastıqlarında olan nasazlıqla bağlı geri çağırıb.

"APA-Economics" xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət və Karantin İdarəsi bu nasazlığın "Toyota"nın 1 May 2007 - 23 Avqust 2013-cü illərdə istehsal olunan "Vios", "Corolla", "Corolla Ex" və "Yaris" modellərində olduğunu bəyan edib.

İdarədən bildirilib ki, bu modellərdə hava yastıqlarındakı şişiricinin parçalana bilmə və xəsarət yetirmə riski əmələ gətirdiyi məlum olub.

Qeyd edək ki, geri çağırma prosesi noyabrın 30-dan etibarən həyata keçiriləcək və nasazlıq olan hissə ödənişsiz olaraq dəyişdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR