Filippin liderinin iqamətgahının ətrafında atışma olub

Filippin liderinin iqamətgahının ətrafında atışma olub
# 26 sentyabr 2017 09:01 (UTC +04:00)

Filippin liderinin Manilada yerləşən iqamətgahının yaxınlığında atışma baş verib.

APA-nın “CNN Philippines”a istinadən verdiyi xəbərə görə, məlumatı dövlət başçısının mətbuat xidməti təsdiqləyib. Hadisə zamanı prezident Rodriqo Duterte iqamətgahda olmayıb. Olay Dutertenin mühafizəçilərinin olduğu Malakand parkında baş verib. Mühafizəçilərdən biri ölüb.

Qeyd edək ki, R. Duterte ötən ilin may ayında prezident seçilib. Həmin andan etibarən Filippində narkotik alveri ilə məşğul olan 7, 7 min adam ölüb. Onlardan 2500-ü polis əməkdaşları tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR