Azərbaycanın ət ixracı 2 dəfədən çox azalıb

Azərbaycanın ət ixracı 2 dəfədən çox azalıb
# 18 yanvar 2020 11:39 (UTC +04:00)

2019-cu il ərzində Azərbaycandan 128,67 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, diri heyvan ixracı 2018-ci il ilə müqayisədə 3,1 dəfə azalıb.

Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 3,8% artaraq 59 753,28 min ABŞ dolları təşkil edib. Bu, ölkə üzrə cəmi idxalın 0,44%-i deməkdir.

Həmçinin hesabat dövründə ölkədən 612,81 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Beləliklə, 2018-ci il ilə müqayisədə ixracda 2,2 dəfə azalma qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə illik müqayisədə 13,4% çox – 79 448,10 min ABŞ dolları dəyərində idxal reallaşdırılıb ki, bu da ölkənin cəmi idxalının 0,58%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR