Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli Viktoriya Nulandla görüşüb

Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli Viktoriya Nulandla görüşüb
# 18 avqust 2015 11:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ABŞ dövlət katibinin müavinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla görüşüb.

APA-nın “Qruziya online” saytına istinadən verdiyi xəbər görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə hərbi-siyasi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Xatırladaq ki, Gürcüstanın müdafiə naziri avqustun 15-dən ABŞ-da rəsmi səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR