Qaxda 24 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb

Qaxda 24 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb
# 10 mart 2019 13:26 (UTC +04:00)

Bu gün Qax rayonunun Şotavar kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Asif oğlu Musazadə belin sol tərəfinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən ONA-nın şimal-qərb bürosuna bildirilib ki, müayinə zamanı O. Musazadə həmkəndlisi tərəfindən bıçaqlandığını bildirib.

O. Musazadəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR