Məmmədyarov Tacikistan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Məmmədyarov Tacikistan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
# 20 iyul 2017 12:10 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Zohir Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Elmar Məmmədyarov səfir Zohir Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR