Bakıda sürücü uşağı vuraraq öldürüb

Bakıda sürücü uşağı vuraraq öldürüb
# 26 may 2018 10:33 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 25-də saat 19 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Natiq İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada keçidində yolu keçən paytaxt sakini, azyaşlı Rəvan Qurbanovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR