“Xırdalan dairəsi”nin təmirə bağlanması Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub

“Xırdalan dairəsi”nin təmirə bağlanması Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub
# 13 may 2015 06:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün səhər saatlarından etibarən “Xırdalan dairəsi” təmirə bağlanılıb.

APA-Economics”in məlumatına görə, bunun nəticəsində Bakı-Sumqayıt və əks istiqamətdə tıxac yaranıb.

Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləməyə çalışır.

Təmir işlərini Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC həyata keçirir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, I Avropa oyunları ilə əlaqədar “Xırdalan dairəsi”ndə asfalt-beton örtüyü yenilənir: “Təmir işləri 2-3 gün ərzində başa çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR