BP: “Cənub Qaz Dəhlizinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetdir”

BP: “Cənub Qaz Dəhlizinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetdir”
# 22 noyabr 2016 12:25 (UTC +04:00)

“Cənub Qaz Dəhlizi layihəsinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetdir”. “APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BP-nin Türkiyə rəhbəri Mick Stump məlumat verib.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə işlər də sürətlə davam edir. 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində Avropaya təbii qazın nəqlini planlaşdırdıqlarını deyən M. Stump layihə üzrə işlərin 80%-nin tamamlandığını bildirib.

O əlavə edib ki, Cənubi Qafqaz Boru xəttində isə işlərin 50%-i tamamlanıb: “Layihə ortaqları ilə bərabər işlərimiz davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR