Gələn il yanvarın 1-dən uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Reklam haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.
Gələn ildən uşaq teleradio proqramlarında reklamlara dair məhdudiyyət qoyulacaq
19 dekabr 2019 18:30 (UTC +04:00)
Media
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:35
13 may 2024
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:27
13 may 2024
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024