Salyanda restoran yanıb

Salyanda restoran yanıb
# 21 iyul 2017 04:32 (UTC +04:00)

Salyanda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 660 m2 olan "Ulduz" restoranında baş verib. Nəticədə restoranın yanar konstruksiyaları 160 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR