Əlcəzairli futbolçu Lionel Messini arxada qoyub

Əlcəzairli futbolçu Lionel Messini arxada qoyub
# 29 noyabr 2019 12:05 (UTC +04:00)

2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) başa çatmaqda olan il ərzində milli çempionatların yüksək liqalarında ən çox qol vuranların siyahısını tərtib edib.

Cədvələ Qətərin “Əl-Sədd” klubunda çıxış edən əlcəzairli Bağdad Bunedja başçılıq edir. Onun hesabında 39 qol var.

“Barselona”nın argentinalı ulduzu Lionel Messi dünyada 2-cidir. O, 36 dəfə fərqlənib. İlk “üçlüy”ü PSJ-nın fransalı hücumçusu Killian Mbappe tutur – 33 top.

Qeyd edək ki, 22 və daha çox qol vuran futbolçuların siyahısında Azərbaycan Premyer Liqası təmsil olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR