Nazir: "Magistratura səviyyəsində məzmuna yenidən baxılmalıdır"

Nazir: "Magistratura səviyyəsində məzmuna yenidən baxılmalıdır"
# 16 dekabr 2019 17:51 (UTC +04:00)

"Magistratura səviyyəsində məzmuna yenidən baxılmalıdır. Bakalavr və magistratura təhsili arasında təkrarçılığa yol verilməməlidir".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, bakalavr pilləsindəki bir sıra fənlərin yenidən magistratura təhsilində keçirilməyinə yol verilməməlidir: "Onun əvəzinə magistratura təhsilinin məzmununa uyğun fənlərin və fənlər daxilində də məzmunun yenilənməsinə xüsusi diqqət yetirməliyik".

Nazir deyib ki, burada indiyə kimi olan boşluqlara diqqət yetirmək lazımdır: “Doktorantura təhsili ciddi şəkildə nəzərdən keçirilməlidir. Seçilən mövzuların reallığa uyğun olması vacibdir. Doktorantura təhsilinə cəlb olunmuş gənc alimlərin, tədqiqatçıların elmi rəhbərlərinə olan gözləntilər artır".

Nazir bildirib ki, doktorantura təhsilinə cəlb edilmiş tələbələrin nəzərdə tutulmuş müddət ərzində mövzularını başa çatdırıb, elmi işləri yekunlaşdırma əmsalına baxanda çox ciddi geriləmələr görünür: "Bu istiqamətə ciddi yanaşaraq növbəti illərdən burada dönüş yaratmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR