Astarada avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var

Astarada avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var
# 20 sentyabr 2017 12:29 (UTC +04:00)

Astarada avtomobil beton maneəyə çırpılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Yeni tikilən Ələt-Astara-İran yolunun Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Astaranın Şiyəkəran kənd sakini, 1937-ci il təvəllüdlü Əziz Dadaşov özünə məxsus “Nissan” markalı avtomaşınla hərəkətdə olarkən maşın qarşısına çıxan beton maneəyə çırpılıb.

Xəsarət alan sürücü əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır sayılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR