Bayram günlərində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb

Bayram günlərində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb
# 23 mart 2017 11:10 (UTC +04:00)

Azərbaycanda bayram günlərində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Martın 21-də 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb. Martın 22-də 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR