"AtaBank"ın məcmu kapitalı 22% azalıb

"AtaBank"ın məcmu kapitalı 22% azalıb
# 31 yanvar 2017 14:24 (UTC +04:00)

"AtaBank" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 472,542 mln. manat təşkil edib ki, bu da ötən ilin III rübünün göstəricisi ilə müqayisədə 1,44% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 1,53% artaraq 406,533 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 7% artaraq 269,591 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 227,804 mln. manata bərabər olub ki, bu da rüblük müqayisədə 9,23% artım deməkdir. Öhdəliklərin həcmi hesabat dövrünün sonuna 412,731 mln. manat təşkil edib.

Son bir rüb ərzində bankın məcmu kapitalı 22% azalaraq 54,979 mln. manata düşüb, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Bank ötən ili 340,38 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR