Azərbaycan əhalisinin nominal gəlirləri 7,4% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri 7,4% artıb
# 18 dekabr 2019 10:11 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4% artaraq 50 845,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 5 135,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 652,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR