İsrail nümayəndəsi: "İsrail və Azərbaycan əlaqələrinin inkişaf edəcəyinə heç bir şübhə yoxdur"

İsrail nümayəndəsi: "İsrail və Azərbaycan əlaqələrinin inkişaf edəcəyinə heç bir şübhə yoxdur"
# 23 mart 2018 10:22 (UTC +04:00)

“Azərbaycan və İsrail arasındakı dostluq əlaqələri ildən-ilə möhkəmlənir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Akko şəhər merinin birinci müavini və Yəhudi Milli Fondunun vitse-prezidenti Zeev Noyman yerli “Stmegi” saytına müsahibəsində deyib. O bildirib ki, İsrailin hər universitetində, hər xəstəxanasında azərbaycanlılarla rastlaşmaq olar: “Bir il əvvəl İsrail-Azərbaycan arasındakı beynəlxalq assosiasiya “Azİz” İsrail parlamentində Azərbaycandan gəlmələrin nailiyyətlərinə həsr olunmuş tədbir keçirtmişdi. Bu, inanılmaz bir hadisə idi. Azərbaycandan olan immiqrantlar arasında İsrailin çempionu, professor, şair və fotoqraf, musiqiçi və ictimai xadimlər vardı. Əminəm ki, İsraildə elə bir fəaliyyət sahəsi yoxdur ki, orda Azərbaycandan gəlmələr olmasın.”.

Z.Noyman qeyd edib ki, şəhərdə Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirilir: “Akko şəhərində, Azərbaycandan gələn immiqrantların cəmiyyəti tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Bu il də martın 27-də Novruz bayramı və yəhudi Pasxasına həsr olunmuş konsert proqramı keçiriləcək”.

Noyman 2015-ci ilin iyul ayında İsrail heyətinin tərkibində Azərbaycana səfəri ilə bağlı xatirələrini də bölüşüb və Azərbaycana aşiq olduğunu, bura mütləq qayıtmaq arzusunda olduğunu dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR