Hacıqabul sakinindən narkotik götürülüb

Hacıqabul sakinindən narkotik götürülüb
# 05 avqust 2017 13:40 (UTC +04:00)

Hacıqabul sakinindən narkotik vasitə olan çətənə kolları və qurudulmuş marixuana götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Hacıqabul şəhəri M.Əsədov küçəsi 101 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Məmmədov Əhməd Musa oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində 8 ədəd narkotik vasitə olan çətənə kolları aşkar edilib. Məlum olub ki, adıçəkilən şəxs çətənə kollarına aqrotexniki qaydada qulluq etməklə əkib-becərib. Eyni zamanda onun evinə baxış zamanı oradan satış məqsədi üçün nəzərdə tutulan 445,23 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ə. Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR