“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun sərəncamçısı dəyişib

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun sərəncamçısı dəyişib
# 19 oktyabr 2016 08:15 (UTC +04:00)

Bakı Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, bu Qayda "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun vəsaitlərinin istifadəsi mexanizmini müəyyən edir.

Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir. Fondun vəsaitləri yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu hesabına formalaşır.

Qaydaya əsasən, Fondun xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsi hər büdcə ili üçün tərtib olunan, Maliyyə Nazirliyi ilə razılaşdırılan və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən xərclər smetası çərçivəsində həyata keçirilib. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı isə Nəqliyyat Nazirliyi olub. Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyətləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. Başqa sözlə, Fondun xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsi hər büdcə ili üçün tərtib olunan, Maliyyə Nazirliyi ilə razılaşdırılan və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilən xərclər smetası çərçivəsində həyata keçiriləcək. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı da “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR