Rusiyanın Mariy El Respublikasının keçmiş rəhbəri saxlanılıb

Rusiyanın Mariy El Respublikasının keçmiş rəhbəri saxlanılıb
# 13 aprel 2017 10:23 (UTC +04:00)

Rusiya Federasiyası Mariy El Respublikasının keçmiş rəhbəri Leonid Markelov istefa verdikdən bir həftə sonra saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, o, rüşvət almaqda ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları L. Markelovun qızının Moskvadakı evində, habelə həyat yoldaşının evində axtarış aparıblar. “İşlə bağlı 3 adamın adı hallanır. Bunlar respublikanın keçmiş rəhbəri Leonid Markelov, həmçinin rüşvət verənlər - sahibkar Nikolay Krivaşin və “Region12” adlı yerli telekanalın rəhbəri Mariya Kojevnikovadır”,- deyə N.Krivaşinin vəkili İqor Trunov bildirib.

Qeyd edək ki, L. Markelov aprelin 6-da öz istəyi ilə Mariy El respublikasının başçısı vəzifəsindən istefa verib.

Xatırladaq ki, 10 gün əvvəl Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov həbs olunub. O, 140 milyon rubl məbləğində rüşvət almaqda ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR