ABŞ-ın müvəqqəti işlər vəkili Gürcüstan-Azərbaycan sərhədində olub

ABŞ-ın müvəqqəti işlər vəkili Gürcüstan-Azərbaycan sərhədində olub
# 05 may 2018 14:20 (UTC +04:00)

ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Elizabet Rud Gürcüstan-Azərbaycan sərhədində yerləşən Laqodexi sərhəd bölməsinə baş çəkib.
APA-nın yerli bürosunun məlumatına əsasən, E.Rud Gürcüstanın Sərhəd Polisinin rəisi Temur Kekelidze ilə birgə bölməyə baxış keçiriblər. ABŞ səfirliyinin rəsmisi Matsimi sərhəd bölməsi və Tsodna sərhəd-keçid məntəqəsində yaradılmış şərait və sərhəd mühafizəsi üçün mövcud imkanlarla tanış olub.
Gürcüstanın Sərhəd Polisi və ABŞ sərhəd mühafizəsi sahəsində uzun illərdir ki, əməkdaşlıq edir. ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) dəstəyi ilə Gürcüstanda bir sıra əhəmiyyətli infrastruktur layihələr həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR