Qəbələdə 33 yaşlı kişi göldə boğulub

Qəbələdə 33 yaşlı kişi göldə boğulub
# 31 iyul 2018 15:29 (UTC +04:00)

Qəbələdə bir nəfər göldə boğularaq ölüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR